Nida Xəbər
Azərbaycan liderindən Türkiyəyə QARDAŞ DƏSTƏYİ
Ötən il iyulun 15-də qardaş Türkiyədə dövlət çevrilişinə
cəhdin qarşısının alınmasından bir il ötür. Tarixə “15 iyul
hadisələri” olaraq keçən bu qanlı çevriliş cəhdi zamanı Azərbaycan
dövləti qardaş ölkənin yanında sona qədər dayandı. Türkiyə xalqı
xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi dəstəyi
unutmur.
“Dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhd iflasa məhkumdur”

Azərbaycan lideri 15 iyul hadisələrinin ildönümündə də Türkiyə
xalqına dəstəyini bir daha ifadə etdi.
“İyulun 15-də Türkiyə Cümhuriyyətində qanuni hakimiyyəti
zorakılıqla devirmək cəhdinin qarşısının alınmasının bir ili tamam
olur. O gecə yaşanan qanlı hadisələr, ölkənin Konstitusiya
quruluşunu fədakarlıqla qoruyan türk xalqının mətinliyi və
insanların öz canını qurban verməsi Azərbaycanda əsl qəhrəmanlıq
nümunəsi kimi böyük ehtiramla xatırlanır. Həmin gün demokratiya və
qanunçuluğun müdafiəsinə qalxmış milyonlarla vətəndaş bir daha
sübut etdi ki, xalqın iradəsinə heç kim qalib gələ bilməz və
dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhd iflasa məhkumdur. Hadisə
haqqında xəbər tutan kimi mən dərhal Türkiyənin legitim
hakimiyyətinə öz dəstəyimi ifadə edərək, ölkənin Konstitusiya
quruluşuna qəsd edən Vətən xainlərini birmənalı şəkildə pislədim və
bununla bağlı Azərbaycanın hökumət üzvlərinə müvafiq tapşırıqlarımı
verdim. Əminəm ki, dövlətçiliyi, demokratik dəyərləri və Sizin
rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş
uğurları yaşatmaq üçün sarsılmaz iradə nümayiş etdirən
vətəndaşların rəşadəti və şəhidlərin unudulmaz xatirəsi hamımızın
qəlbində daim yaşayacaqdır. Sizin liderliyiniz, türk xalqının
həmrəyliyi və qətiyyəti sayəsində xain niyyətlərin qarşısına
keçilməz sipər çəkildi, Türkiyə dövləti böyük təhlükələrdən xilas
oldu. Ötən dövrdə Siz əhalini səfərbər etməklə, ölkənizin inkişafı
və dünya dövlətləri sırasında nüfuzunun güclənməsi istiqamətində
böyük işlər gördünüz, şəxsi məqsədlərini xalqın iradəsindən üstün
tutan anti-milli qüvvələrə qalib gəldiniz. Bütün bunlar, qardaş
Türkiyə vətəndaşları kimi, bizi də ürəkdən sevindirir. Bu günlərdə
İstanbulda baş tutmuş Dünya Neft Sammitində Sizinlə keçirdiyimiz
görüşü məmnuniyyətlə xatırlayır, apardığımız müzakirələrin gələcək
əlaqələrimizin daha da möhkəmlənməsinə ciddi təsir göstərəcəyinə
inandığımı bildirirəm”, - deyə Prezidenti İlham Əliyev Türkiyə
prezidenti Rəcəb Tayyip Ərdoğana ünvanlandığı məktubda
bildirir.
15 iyul şəhidlərinin ruhuna Allahdan rəhmət diləyən Azərbaycan
lideri “qardaş türk xalqına dözüm arzulayaraq, bütün taleyüklü
məsələlərdə Sizinlə həmrəy olduğumu ifadə edirəm” deyə əlavə edir
və bununla ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət”
prinsipinin Azərbaycan və Türkiyə üçün vaz keçilməz qardaşlıq
nümunəsi olduğunu nümayiş etdirir.
“Cənab Prezident səhərə kimi o gecənin ciddi sarsıntılarını
yaşadı”

15 iyul hadisələri ilə bağlı Türkiyənin Bakıdakı səfirliyində
keçirilən mərasimdə Prezident İlham Əliyevin müraciətini oxuyan
Prezidentin köməkçisi Əli Həsənovun sözləri həmin hadisələr vaxtı
Azərbaycan rəhbərliyinin qardaş Türkiyəyə göstərdiyi dəstək bir
daha öz əksini tapır.
“Milli barış, milli həmrəylik getdikcə möhkəmlənir. Azərbaycanda
iyulun 15-i gecəsi məsul şəxslərin heç biri səhərədək yatmadı.
Şəxsən mən Azərbaycan Prezidentinin köməkçisi kimi şahidəm ki,
cənab Prezident səhərə kimi o gecənin ciddi sarsıntılarını yaşadı.
İlk olaraq səhər açılar-açılmaz bu məsələyə öz münasibətini
bildirdi, xain cəhdləri pislədi və qiymətini verdi. Ötən müddətdə
Azərbaycan Türkiyədə ictimai-siyasi sabitliyin bərpa olunması
istiqamətində qardaş ölkəyə tələb olunan bütün dəstəyi verdi. Çünki
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atütürk
“Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”
və ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət”
sloqanından çıxış edərək qurduqları bu birlik daimidir, əbədidir.
Eyni zamanda bu birlik digər türk-müsəlman xalqları üçün bir
nümunədir”, - deyə Prezidentin köməkçisi həmin gecə yaşananları
xatırlayır.
Bu, iki dövlətin, bir millətin, Azərbaycan və Türkiyənin qardaşlıq
nümunəsidir və bu qardaşlığın sözdə deyil, əməldə olduğu artıq
sübut olunub.
“Azərbaycan dövləti və xalqı daim Türkiyə dövlətinin və
millətinin yanındadır”
.gif)
Milli Məclisin deputatı Musa Qasımlı Publika.az-a
açıqlamasında bildirib ki, Türkiyədəki 15 iyul hadisələrinin
ildönümü ilə əlaqədar olaraq cənab Prezidentimiz İlham Əliyevin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktub bir
daha göstərir ki, Azərbaycan dövləti və xalqı daim Türkiyə
dövlətinin və millətinin yanındadır, qardaş ölkədə sabitliyin və
davamlı inkişafın tərəfdarıdır: “Heç bir mübaliğəyə yol vermədən
demək olar ki, bu gün Türkiyənin güclü olmasını daha çox istəyən
dövlətlərin siyahısına Azərbaycan başçılıq edir. Azərbaycan xalqı
Türkiyənin uğurlarına sevinir və onunla fəxr edir. Cənab Prezident
İlham Əliyevin söylədiyi kimi, Türkiyənin güclü olması Azərbaycanın
güclü olması deməkdir”.
M.Qasımlı əlavə edib ki, Türkiyədə baş verən hadisələrlə bağlı
olaraq cənab Prezidentimiz İlham Əliyevin liderliyi altında
Azərbaycan dövlətinin mövqeyi aydın, qəti və birmənalı olub və indi
də belədir.
“Azərbaycan dövləti və xalqının mövqeyi eyni zamanda
münasibətlərimizin səviyyəsini əks etdirən amillərdən biridir.
Azərbaycan xalqı və dövləti Türkiyədə xaos, anarxiya və
qarışıqlığın əleyhinədir”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!








.jpg)


























