Nida Xəbər
Los Ancelesdə Ermənistanın işğalçılıq siyasətindən bəhs edən kitab nəşr olundu
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Los Ancelesdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitabça nəşr olunub.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Publika.az-a verilən məlumata görə, kitabçanın nəşrində əsas məqsəd Ermənistanın işğalçılıq siyasəti barədə ABŞ ictimaiyyətinin dəqiq və tutarlı faktlarla məlumatlandırılmasıdır.
“Nagorno-Karabakh: Background and Facts” (Dağlıq Qarabağ: Tarix və Faktlar) adlı kitabçada Ermənistanın ölkəmizə qarşı apardığı tarixi işğalçılıq və etnik təmizləmə siyasətindən bəhs olunur. Kitabçanın “Azərbaycana Qarşı Təcavüz” və “Azərbaycan Torpaqlarında Aparılan Etnik Təmizləmə” bölmələrində Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti faktlarla işıqlandırılır.
Nəşrdə vurğulanır ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri, ABŞ prezidenti B.Klintonun, vitse-prezidenti D.Çeyninin və ABŞ Dövlət Departamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən tarixi bəyanatları və digər hüquqi sənədlər də kitabçada öz əksini tapıb.
Kitabçanın, “Tarixi Faktlar” bölməsində isə Dağlıq Qarabağın tarixi haqqında məlumat verilir. Bildirilir ki, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ tarixən müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olub və Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında böyük rol oynayıb. Sözügedən bölmədə həmçinin, Kürəkçay və Türkmənçay müqavilələrinin vurduğu ağır zərbələrdən danışılır, bu müqavilələr nəticəsində Dağlıq Qarabağın erməni əhalisinin süni şəkildə artırıldığına diqqət çəkilir.
Nəşrdə xüsusi bir bölmə isə Xocalı soyqırımına həsr olunub. Bildirilir ki, soyqırım nəticəsində aralarında uşaqlar, qadınlar və yaşlılar da olmaqla günahsız dinc Xocalı sakinləri Ermənistan qoşunları tərəfindən qətlə yetiriliblər.
Kitabçada Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə dair Azərbaycan tərəfindən aparılan məqsədyönlü işin, xüsusilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının müsbət nəticələr verdiyi diqqətə çatdırılaraq, bu qətliamın dünyanın artıq bir çox dövləti, eləcə də ABŞ-ın 22 ştatı tərəfindən pislənildiyi bildirilir.
Qeyd edək ki, oxucuların daha dolğun və müqayisəli şəkildə məlumatlandırılması üçün Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan ərazilərində mövcud olan mədəni-tarixi abidələrimizin, şəhər, kənd və qəsəbələrimizin müxtəlif illərə aid fotoşəkillərinə də yer verilir.
Kitabça ABŞ konqresmenlərinə, Kaliforniya və digər qərb ştatlarının qanunvericilərinə, ictimai-siyasi xadimlərə, KİV-lərə, elm və təhsil ocaqlarına təqdim olunacaq.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi