Nida Xəbər
Ölkədə türk adı altında gizlənən və gələcəklə bağlı ŞOK PLANLARI OLAN ERMƏNİLƏR - SİYAHI
Türkiyədə 37,055 erməni ailəsi kürd, ələvi və türk adı
altında gizlənir.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz
Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel
Gülbey deyib.
Onun sözlərinə görə, 1915-ci ildə Osmanlıya qarşı separatçı
addımlar atan daşnak və hınçak qruplaşmaları köçürüldü: “Həmin vaxt
getmək istəməyənlər türk adı altında gizləndilər. Türkiyə erməni
camaatının vəkili Aram Ateşyan bir verilişdə Tunceli əhalisinin 90
faizinin erməni olduğunu etiraf edib. Türkiyənin müxtəlif
bölgələrində 37,055 erməni ailəsi türk, kürd və ələvi adı altında
gizlənərək yaşayırlar”.
ASİMDER Türkiyə bölgələrindəki ermənilərin siyahısını və onların
hansı dini və etnik ad altında gizləndiklərini təqdim edib:
Diyarbəkir – 1000 ailə (kürd, süryani və ələvi).
Malatya – 3,655 ailə (kürd, ələvi).
Kayseri – 5,000 ailə (türk).
Elazığ – 1,000 ailə (kürd, ələvi).
Van – 4,000 ailə (kürd).
Tunceli – 2,000 ailə (kürd, ələvi).
Şanlıurfa – 3,500 ailə (kürd, ərəb).
Siirt – 1,200 ailə (kürd, ələvi, türk).
Erzincan – 1,300 ailə (kürd, ələvi).
Sivas – 2,000 ailə (kürd, ələvi).
Mardin – 1,500 ailə (ərəb).
Kahramanmaraş – 3,000 ailə (kürd, ələvi).
Adıyaman – 1,600 ailə (kürd).
Adana – 2,000 ailə (kürd, ərəb, ələvi).
G.Gülbey qeyd edib ki, gizlənən ermənilər PKK və digər terror
təşkilatlarında təmsil olunurlar.
“Türk Tarix Qurumunun keçmiş rəhbəri, MHP-nin kayseri millər vəkili
Yusuf Halaçoğlu yüzə yaxın erməni əsilli HDP və PKK üzvlərinin
adlarını rəsmi sənədlərlə açıqlamışdı. Biz də illərdir gizlənən
ermənilərin bölgələrimizdə gizli planlar qurduqlarını və erməni
lobbisinə xidmət etdiyini dilə gətiririk. Dövlət tərəfindən bu
erməni ailələrinin nəzarətdə saxlanılması vacibdir. Çünki
İspaniyada və Şimli İraqda mərkəzi hökumətləri saymayaraq,
müstəqillik referendumu keçirtdikləri kimi, gələcəkdə bu gizli
ermənilər də PKK və digər terror təşkilatlarının dəstəyi ilə Şərqi
Anadolu və cənub-şərqi bölgələrdə belə bir şeyə cəhd edə bilərlər”,
- deyə o vurğulayıb.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR