“Azərbaycanın bu yoldan daşındıra bilməyəcəklər” - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

“Azərbaycanın bu yoldan daşındıra bilməyəcəklər” - DEPUTAT

"Azərbaycan müstəqil dövlətdir. Heç kim Azərbayacana qarşı kurator vəzifəsini icra edə bilməz".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Millət vəkili onu da vurğulayıb ki, Avropa Şurası baş katibi Torbörn Yaqland kimi şəxslər Azərbaycanla münasibətlərində dipolomatik etikanı pozaraq Azərbaycanı hədələməklə, qeyri-qanuni addım atmaqla heç nəyə nail ola bilməyəcək:

“Bununla Azərbaycanın müstəqil siyasət yeritməsindən daşındıra bilməyəcəklər. Azərbaycan Avropa Şurasına şüurlu şəkildə qəbul edilib. Bizim siyasətimizi özümüz müəyyən edirik”.

Millət vəkili Azərbaycan sərhədlərini qeyri-qanuni pozulmasına da toxunub:

“Təəssüf ki, həmin şəxslər arasında ATƏT və Avropa Şurası ölkələri üstünlük təşkil edir. Onlara xəbərdarlıq edilməlidir ki, bu şəxsləri də Lapşinin vəziyyəti gözləyə bilər. Bu günlərdə 4 türkiyə vətəndaşına qarşı da məhkəmə icraatının başlanmasını təklif edirəm”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm