Nida Xəbər
“Rusiya Ermənistana 100 milyon verir ki, danışıqlarda...” - Rasim Musabəyovdan AÇIQLAMA

“Rusiyanın prezidentlərin görüşü ərəfəsində Ermənistana
100 milyonluq kredit verməsi İrəvanı danışıqlarda inadkar
davranmağa ürəkləndirmək məqsədi daşıyır. Çünki Dağlıq Qarabağ
münaqişəsi Moskvanın dalanından çıxdı və müzakirə məkanı kimi
Cenevrə seçildi”.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin
beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
üzvü Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, bu, 200 milyonluq silah kreditinin
davamıdır.
“Rusiya deyə bilər ki, Azərbaycana böyük həcmdə silah satır. Lakin
Bakı heç bir endirim və güzəşt olmadan bu silahların pulunu ödəyir.
Halbuki, Ermənistana müasir silahların çatdırılması kredit kimi
rəsmiləşir, hətta əvvəlcədən 10 faiz ödəniş də edilir. Lakin bu
silahlar ödənişsiz verilir. Artıq Rusiya Ermənistanı əsrin 1/4
hissəsidir ki, pulsuz silahlandırır”, - deyə o vurğulayıb.
R.Musabəyov hesab edir ki, Moskvanın Cənubi Qafqaz siyasətini
dəyişdirəcəyi haqda deyilənlər illüziyalardır: “Lakin bu haqda
danışmaq və yazmaq lazımdır ki, heç olmasa düşmənlərimiz və
dostlarımız bizim hər şeyi yaxşı gördüyümüzü, qiymətləndirdiyimizi
bilsinlər. Axı siyasət və həyat bu gün başa çatmır”.
Asif

-
Avropa02:19
İspaniyada AES-lərin fəaliyyəti dayandırıldı
-
Qoroskop00:15
Günün qoroskopu: Böyük xərclərdən çəkinmək məsləhətdir
-
Dünya28 Aprel 23:40
Hindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri
-
Magazin128 Aprel 21:48
Azərbaycanın Xalq artisti yıxıldı, qolu sındı
-
Nida Xəbər 28 Aprel 20:50
“Bir görəydim ayrılığı kim saldı?” - Pezeşkianın Bakıda ayaqda alqışlandığı anlar - VİDEO
-
Hadisə28 Aprel 20:30
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Hadisə28 Aprel 19:50
Aeroport yolunda 1 saatlıq tıxaca səbəb olan qəzanın görüntüləri - VİDEO
-
Kriminal28 Aprel 19:30
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi