Nida Xəbər
Heydər Əliyevlə Koçaryanın tarixi görüşünə qatılmış siyasətçidən ŞOK QARABAĞ ETİRAFI: Rusiya və ABŞ...
“2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin nizama
salınmasının mümkün olacağı şübhəlidir”.
Publika.az xəbər verir ki, bu barədə məşhur amerikalı
politoloq, dövlət katibinin xüsusi müşaviri işləmiş Pol Qobl
deyib.
Onun sözlərinə görə, münaqişə bu gün ABŞ üçün maraq kəsb etmir:
“Rusiya da həmçinin, problemin həllində maraqlı deyil. Rusiya hesab
edir ki, indiki vəziyyət onun hədəfləri üçün daha əlverişlidir.
Əlbəttə bu dəyişə bilər, lakin mən bu il də münaqişənin həllində
çox az perspektiv görürəm”.
Qeyd edək ki, 90-cı illərdə dövlət katibinin xüsusi müşaviri
işləyən Pol Qobl Dağlıq Qarabağ münaqişəsi üzrə “Qobl planı” adlı
xüsusi təkliflər verib. Bu plana görə, Azərbaycan Dağlıq Qarabağ və
Laçın dəhlizini Ermənistana verir, Ermənistan isə Naxçıvanla
dəhlizin yaradılması üçün Mehri rayonundan Azərbaycana dəhliz
ayırır. İşğal olunmuş rayonlar da Azərbaycana qaytarılır. 2001-ci
ildə Prezident Heydər Əliyev və Ermənistan prezidenti Robert
Koçaryan arasında baş tutan Ki-Uest görüşündə bu məsələ müzakirə
olunub. Pol Qoblun da iştirak etdiyi görüşdə hətta tərəflərin
razılaşmaya çox yaxın olduğu, lakin son anda baş tutmadığı
deyilir.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu