Nida Xəbər
Meksika səfiri Göyçayda
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Göyçay rayonuna səfər edib.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, səfər regionlararası əlaqələri inkişaf etdirmək məqsədi ilə təşkil olunub.
Səfər zamanı Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ilə görüşən səfirə rayonun kənd təsərrüfatı potensialı və iqlim xüsusiyyətləri haqqında məlumat verilib.
Görüşdə ölkəsinin kənd təsərrüfatından danışan R.Labardini bildirib ki, səfirlik regionlarası əlaqələrin gücləndirilməsini vacib və zəruri hesab edir: "Məhz bunun üçün diplomatik missiyanın tədbirləri yalnız paytaxtda deyil, ölkənin digər rayon və şəhərlərində də həyata keçirilir".
Tərəflər ikitərəfli əməkdaşlığın yeni sahələrini kəşf edə bilmək üçün qarşılıqlı səfərlərin vacibliyini vurğulayıblar.
Bundan əlavə, görüşdə Göyçay şəhəri ilə Meksikanın hər hansı bir şəhəri arasında mümkün qardaşlaşmanın vacibliyi qeyd olunub.
Daha sonra səfir rayonda süd və nar şirəsi istehsal edən zavodlarla tanış olub.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı