Qoşulmama Hərəkatı nazirlər konfransının yekun sənədində DQ münaqişəsi ilə bağlı məsələ əksini tapıb
Bizi izləyin

Nida Xəbər

Qoşulmama Hərəkatı nazirlər konfransının yekun sənədində DQ münaqişəsi ilə bağlı məsələ əksini tapıb

Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransının yekun sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov toplantının yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Sənəddə münaqişənin indiyə qədər həll olunmamasından təəssüf edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq təəssüf ki, münaqişə indiyə qədər öz həllini tapmayıb. Yekun sənəddə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq sülhə və sabitliyə təhdid törətdiyi qeyd olunub. Bildirilib ki, münaqişə beynəlxalq hüquq prinsiplərinə əsasən və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Qeyd edək ki, aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilir.

Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edirlər.

Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm