Lavrovdan GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Qarabağ münaqişəsinin həlli vacibdir"
Bizi izləyin

Nida Xəbər

Lavrovdan GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Qarabağ münaqişəsinin həlli vacibdir"

"Qarabağ münaqişəsinin tərəfləri danışıqlarda irəliləyişin əldə edilməsi üçün bir-birlərinə qarşı inamzıslıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından istifadə etməlidirlər".

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, Qarabağ münaqişəsinin həllinin vacib olduğunu bildirib.

"Ən vacibi inamsızlıqdan çəkilmək və həqiqi, praqmatik ideyalarda cəmləşməkdir", - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, bu ideyaları kağız üzərində rəsmiləşdirmək lazımdır.

Rusiyanın XİN rəhbəri qeyd edib ki, Kazan sammitinin bir çox müddəaları hələ də aktuallığını itirməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm