Nida Xəbər
MSK-nın sədr müavini: "ATƏT-in iradları əsassızdır"
"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT PA və AŞ PA-nın müşahidə missiyasının Azərbaycanda keçirilən seçkilərlə bağlı iradları əsassızdır".
Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissyasının (MSK) sədr müavini Natiq Məmmədov qurumun bu gün keçirilən iclasında deyib.
N.Məmmədov bildirib ki, bir çox beynəlxalq müşahidəçilər seçkiləri yüksək qiymətləndirsə də, məhz bu təşkilatlar mənfi rəy bildiriblər: "Dediklərinə görə iki aydan sonra yekun hesabatı açıqlayacaqlar. Qoy onlar aşkar etdikləri pozuntuları bizə təqdim etsinlər, biz də bu müddət ərzində həmin yerlərdə araşdırma aparaq".
Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub.
Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.
-
Magazin123:12
Dilarənin Elşənin verilişində qorxduğu anlar yayımlanacaq
-
MDB22:12
Selfi çəkmək istəyi FACİƏYƏ ÇEVRİLDİ - Ölənlər var
-
Magazin121:24
Elgizdən İRAD: “Gəlin çimir, qayınata baxır" - VİDEO
-
İdman20:24
Neymar 2024-cü ildə görün nə qədər QAZANIB
-
Sosial20:12
At almağa getmişdi, 15 yaşlı QIZI QAÇIRDI
-
ABŞ19:36
Baydenin oğlunun evi YANIB KÜLƏ DÖNDÜ - Yalnız iki tüstü bacası qaldı
-
Sosial19:00
Sabah Bakının 3 rayonu QAZSIZ QALACAQ
-
Nida Xəbər 18:50
Müdafiə Nazirliyi məlumat yaydı