Nida Xəbər
Medvedev Paşinyanı hədələdi: Əliyevin son sözlərindən sonra xatırlayacaq ki...
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin son sözlərindən sonra ölkənin KTMT-yə üzvlüyünü xatırlayacaq.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Saqqalını qırxdıran Paşinyan Ermənistanın KTMT-nin üzvü olduğunu xatırlasa, təəccüblənmərəm. Yaxud Ermənistan liderlərinin Avropa İttifaqına girmək niyyəti fonunda başqa varianta. Avropa İttifaqının arxasında mükəmməl Ukrayna təcrübəsi var”, - Medvedev bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, Ermənistan Cənubi Qafqaz üçün təhlükə mənbəyidir: "Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.
Paşinyan isə İlham Əliyevin səsləndirdiyi fikirlərə öz təbirincə cavab verməyə cəhd edib. Erməni baş nazir Azərbaycanı “yeni esakalasiyaya hazırlaşmaqda” ittiham edib. O iddia edib ki, Ermənistan dialoqun tərəfdarıdır. Paşinyan əslində Prezident İlham Əliyevin sözlərini təhrif etməyə, fərqli rakusda göstərməyə çalışıb.
Adəm Abbaslı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika6 Noyabr 16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region6 Noyabr 11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya6 Noyabr 10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları













.jpg)





















.jpg)
