"Keşlə bazarı" bu əraziyə köçürüləcək
Bizi izləyin

Nida Xəbər

"Keşlə bazarı" bu əraziyə köçürüləcək

“Keşlə bazarı” "Dərnəgül"də yerləşən “Eurohome” ticarət mərkəzinə köçürüləcək.

Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a bazarda işləyən satıcılar bildirib.

Onların sözlərinə görə, artıq “Eurohome” ərazisində satıcılar üçün yerlərin tikilməsinə başlanılıb.

Qeyd edək ki, bazar Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə söküləcək. Bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, söküntü işlərinin başlanılması bu ilin fevral ayının 1-nə qədər təxirə salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm