Nida Xəbər
Nazir: "Bəzi ölkələr tərəfindən Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulub"
Aprelin 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı generalı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına verilən töhfə haqqında ətraflı danışıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq
hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini
vurğulayıb.
Nazir bildirib ki, Dağlıq Qarabağdakı separatçı rejimin
nümayəndələrinin müxtəlif xarici dövlətlərə, o cümlədən ATƏT-in
Minsk Qrupunun həmsədr ölkələrinə səfərləri və həmin ölkələrdə
onların qəbul edilməsi münaqişənin nizamlanmasında ikili
standartların tətbiq edilməsinə gətirib çıxarır ki, bu da
yolverilməzdir.
NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən nazir Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.
Müdafiə naziri Ermənistandan nüvə komponentləri
qaçaqmalçılığının həyata keçirildiyini qeyd edərək bunun təkcə
regionun deyil, eyni zamanda daha geniş miqyasda təhlükəsizliyə
ciddi təhdid təşkil etdiyini vurğulayıb.
Ölkəmizin sülhsevər siyasət yürütdüyünü və beynəlxalq terrorizmə
qarşı daim mübarizə apardığını bildirən Müdafiə naziri bəzi xarici
ölkələr tərəfindən Azərbaycana silah satışına əsassız məhdudiyyət
qoyulduğunu da qonağın diqqətinə çatdırıb.
Öz növbəsində general K.Skaparotti Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.
Qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün Bakıda keçirilməsi üçün göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım