Nida Xəbər
Yeni sədr BƏYAN ETDİ: "Mütləq qaydada kadr dəyişiklikləri olacaq".
"Cənab prezident diaspora işi ilə bağlı çox ciddi tapşırıqlar verib. Mütləq qaydada kadr dəyişiklikləri olacaq".
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
O bildirib ki, bu istiqamətdə ciddi işlər aparılır: "Çalışırıq ki, komitənin işində yeni istiqamətlər olsun. Diaspor işi tək xaricdə yaşayan azərbaycalılarla deyil, həm də Azərbaycanda yaşayan xaricilərlə bağlı olmalıdır. Bu sahədə ikitərəfli istiqamətlər olmalıdır. Kadrlar müasir tələblərə cavab verməli, müxtəlif dilləri bilməlidirlər. Çünki bu gün bizim soydaşlarımız yüzdən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın. Bizim şüar ondan ibarətdir ki, vətən uzaqda deyil. Çalışmalıyıq ki, bura vətəndaşlarımızı cəlb edək. Onların içində elm adamları, biznesmenlər var. Bu, Azərbaycan üçün çox vacibdir. Şübhəsiz ki, verilən tapşırıqlar yerinə yetiriləcək. Kim yeni tələblərə uyğun olaraq yeni yanaşmaları qəbul edəcəksə, onlar hamısı işlərinə davam edəcəklər". (apa)
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı