Nida Xəbər
Ərazilərin qaytarlmasını tələb edən Ter-Petrosyandan QARABAĞLA BAĞLI ŞOK ÇAĞIRIŞ
Ermənistanın işğal etdiyi əraziləri azad etməsi və
Dağlıq Qarabağ münaqişəsinin təcili şəkildə həlli edilməsi ilə
bağlı fikirlərlə daim gündəmə gələn keçmiş prezident, “Erməni milli
konqresi” partiyasının lideri Levon Ter-Petrosyan Azərbaycanın
işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin İrəvan
tərəfindən Xankəndində yaradılmış qondarma rejimə etiraz etməsini
şərh edib.
Publika.az xəbər verir ki, Ter-Petrosyan İrəvandakı
inqilabın Xankəndinə yayılmasının təhlükəli olduğunu bildirib.
“İrəvanda baş verənlərin Qarabağda baş verməsi yolverilməzdir.
Çünki biz müharibə vəziyyətindəyik və daxildə baş verə biləcək hər
hansı qığılcım faciəvi nəticələrə gətirib çıxara bilər. Rəqibimiz
(Azərbaycanı nəzərdə tutur - red.) bu situasiyadan istifadə etməyi
unutmayacaq”, - deyə o iddia edib.
Ter-Petrosyan keçmiş prezidentlər Serj Sarkisyan, Robert Koçaryan,
həmçinin, qondarma rejimin həbsdə olan keçmiş “müdafiə naziri”
Samvel Babayana Qarabağda vəziyyəti sakitləşdirməyə kömək etmələri
üçün çağırış edib.
Qeyd edib ki, S.Babayan təcili şəkildə həbsdən azad
edilməlidir.
“İndi hərəkətə keçməsək, sonra gec olacaq”, - deyə o bildirib.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu