Nida Xəbər
Əli Əhmədov: “Ermənistan prezidentinin Dağlıq Qarabağa səfəri qanunsuzdur”
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, baş nazirin müavini Əli ƏhmədovErmənistan prezidentinin Dağlıq Qarabağa səfərini qanunsuz adlandırıb və bu qanunsuzluğa görə onun məsuliyyət daşıdığını bildirib.
Ə. Əhmədov deyib ki, Dağlıq Qarabağ müvəqqəti işğal altında olan
Azərbaycan torpağı olduğu üçün Ermənistan prezidentinin icazəsiz
ora səfəri qanunsuzluqdur: “Bu səfər Minsk qrupunu da
hiddətləndirməlidir. Azərbaycanın torpaqlarının geri qaytarılması
üçün səylər göstərən, bəyanatlar verən bütün dövlətləri narahat
etməlidir. Əks halda, münaqişənin həll olunması üçün yol tapmaq
çətin olacaq. Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi birmənalı
şəkildə beynəlxalq hüquq tərəfindən qəbul olunur. Belə olan halda
Azərbaycanın razılığı olmadan hər hansı başqa dövlət nümayəndəsinin
ərazimizə icazəsiz səfər etməsi qanunsuzdur. Güman edirəm ki, vaxt
gələcək, bu qanunsuzluğu törədənlər cavab verməli olacaqlar”.
Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan iyunun 13-də
işğal altındakı Dağlıq Qarabağa səfər edib. (apa)
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO