Ermənilərin qətlə yetirdiyi Zəhranın qardaşı doğuldu - - FOTO
Bizi izləyin

Nida Xəbər

Ermənilərin qətlə yetirdiyi Zəhranın qardaşı doğuldu - - FOTO

Ötən ilin iyulun 4-də ermənilərin Alxanlı kəndində qətlə yetirdiyi Zəhra Quliyevanın qardaşı dünyaya gəlib.

Publika.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat yayıb:

“Bu mələk erməni terrorunun qurbanı olan mələk Zəhranın yeni doğulmuş qardaşıdır. Allahın ailəyə nəsib etdiyi Muradıdır. O, mütləq Zəhranın qisasını düşmənlərimizdən alacaq”.

Qeyd edək ki, 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm