Əli Həsənov: “Milli iradəyə qalib gələn qüvvə yoxdur, olmayacaq da" - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Əli Həsənov: “Milli iradəyə qalib gələn qüvvə yoxdur, olmayacaq da" - (YENİLƏNDİ)

"1994-cü ilin oktyabr ayında, 1995-ci ilin martında Azərbaycan xalqının iradəsini ifadə edən Prezident Heydər Əliyevi devirmək üçün təxminən 15 iyul hadisələrinə oxşar hadisə baş vermişdi. O zaman Azərbaycan ordusunun, Daxili Qoşunların, polisin tərkibində yuva salmış, öz doğru yolundan sapdırılmış azərbaycanlı adını daşıyan əlisilahlılar dövlətə və dövlətçiliyə silah yönəltdilər.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Türkiyə səfirliyində 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Əli Həsənov xatırladıb ki, həmin vaxt Heydər Əliyev o qüvvələrin qarşısına xalqın iradəsi ilə çıxıb: "Heydər Əliyev onların qarşısına ordu, silahlı dəstə çıxarmadı. Çağırış elədi ki, Azərbaycan dövlətini dəstəkləyən vətəndaşlar meydanlara çıxsın. Yüz minlərlə vətəndaş öz sinəsini sipər edərək bu silahlı, azğınlaşmış quldur dəstələrinin qarşısına çıxıb onları tərksilah elədilər. Tarixdə millətin iradəsinə qalib gələn qüvvə yoxdur və bundan sonra da olmacaq. Xüsusilə bu millətin iradəsi onun dəstəklədiyi liderin simasında ifadə olunursa".

Əli Həsənov qeyd edib ki, Türkiyə və Azərbaycan xalqları bu hadisələri eyni əhval-ruhiyyə ilə qarşılayıb: "2 il əvvəl 15 iyulda Türkiyədə xalqa silah çəkən azğınlaşmış insanlar xalqın iradəsi ilə formalaşmış hakimiyyəti devirməyə çalışırdılar və məğlubiyyətə düçar oldular. Ulu öndərlərimizin böyük Atatürk və böyük Heydər Əliyevin təməlini qoyduğu tək millət iki dövlət formulu həmin günlərin sınağından şərəflə çıxdı və öz məğlubedilməzliyini bir daha dünyaya nümayiş etdirdi. İki dövlətin vətəndaşlarından, eyni millətin nümayəndələrindən qurulmuş Mahmud və Nigar Coşqunsu ailəsi simvol kimi türk tarixinin belə həyəcanlı günündə öz sinəsini düşmən gülləsi qarşısına verərək onlara qalib gəldi. Türk əzmini, iradəsini, sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu ifadə elədi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm