Xəzəryanı ölkələrin V Zirvə toplantısı Almaniya mətbuatında - – FOTO
Bizi izləyin

Nida Xəbər

Xəzəryanı ölkələrin V Zirvə toplantısı Almaniya mətbuatında - – FOTO

Almaniyanın “Spiegel”, “Die Zeit”, “Deutsche Welle”, “ZDF”, “DLF” və s. nüfuzlu KİV-lərində Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilmiş V Zirvə toplantısı ilə bağlı məqalələr dərc edilib.

Publika.az xəbər verir ki, məqalələrdə dünyada ən böyük daxili su hövzəsi hesab edilən Xəzər dənizinin sahilində yerləşən beş dövlətin uzun sürən danışıqlardan sonra Xəzərin hüquqi statusu barədə razılığa gələrək Konvensiya imzaladığı bildirilib. Qəbul edilmiş Konvensiyaya əsasən 15 millik zona Xəzəryanı dövlətlərin ərazi suları hesab edilib. Əlavə olaraq 10 millik zonada sərbəst balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ rəsmiləşdirilir və digər dövlətlərin hərbi gəmilərinin Xəzər dənizinə buraxılmamasına dair razılıq əldə olunub. Yazılarda Xəzəryanı dövlətlərin ayrı-ayrılıqda Xəzərin bölgüsü məsələsində sərgilədiyi mövqe və maraqlar nəzərdən keçirilib.

Həmçinin Türkmənistanın öz qazını Azərbaycan ərazisindən keçməklə Avropa bazarına çıxarmaqda maraqlı olduğu vurğulanıb.

Məqalələrdə Rusiya Prezidenti Vladimir Putinin çıxışında Xəzəryanı dövlətləri nəqliyyat, turizm və narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə sahələrində qarşılıqlı əməkdaşlığa çağırışı da qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm