Nida Xəbər
Baş yarmağın, qan tökməyin islama heç bir aidiyyəti yoxdur - Deputat
İslam dininə hörmət Azərbaycan cəmiyyətinin qanındadır. Biz islam dövləti kimi ənənəvi dini qaydalara həmişə hörmətlə yanaşırıq. Ancaq Aşura günü baş yarmaq, qan tökmək islam dininə heç bir aidiyyəti olmayan məsələdir.
Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, “Qurani-Kərim”də bununla bağlı heç nə yoxdur:
“Nə Məhəmməd peyğəmbərin, nə dinin ondan sonrakı görkəmli şəxslərinin bu məsələ ilə bağlı hər hansı deyimləri yoxdur. Tariximizin hansısa bir dövründə kimlərsə tərəfindən ya məqsədli, ya düşünülmədən ortaya gətirilib. Çox təəssüf ki, hələ də dindarların bir hissəsi bu ənənəyə riayət edirlər. Mən çox istərdim ki, Azərbaycanda Aşura məhz dini matəm günü kimi, dinimizin tərkib hissəsi kimi qeyd edilsin”.
A.Mirzəzadə əlavə edib ki, qan tökmək istəyənlər varsa, qan verməklə ehtiyacı olan insanların həyatının xilas edilməsinə yardım göstərə bilərlər:
“Diqqət yetirsək ildən-ilə Aşura gününün dini kitablarda yazılan, eyni zamanda islam dininin xarakterinə uyğun olan şəkildə, yəni baş yarmaq, özünə fiziki əzab vermək elementləri olmadan keçirildiyini görə bilərik”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu