Azərbaycan və Ermənistanın XİN başçıları ilin sonuna kimi görüşə bilər
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Ermənistanın XİN başçıları ilin sonuna kimi görüşə bilər

Cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın görüşü planlaşdırılır.

Publika.az news.am saytına istinadən xəbər verir ki, bu haqda Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bu gün brifinqdə bildirib.

“Ehtimal ki, ilin sonuna kimi, Xarici İşlər Nazirliyinin başçılarının görüşü olacaq”, - o deyib.

Qeyd edək ki, sentyabrın 26-sı BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Elmar Məmmədyarov Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub. Görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar oktyabrda davam etdiriləcək.

“Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq", - o söyləyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm