Nida Xəbər
“Seçkilərdən sonra Qarabağ probleminin həlli istiqamətində dəyişikliklər gözləniləndir” - POLİTOLOQ
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində yeni şəraitin yarandığı qənaətindəyəm. Bu mülahizəni bir neçə aspektdən izah etmək mümkündür”.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Ehtiram Aşırlı deyib.
Onun sözlərinə görə, Ermənistanda hakimiyyətin dəyişməsi, uzun illər Ermənistanı öz maraqlarının girovuna çevirən “Qarabağ klanı”nın iqtidardan getməsi münaqişənin həllinə yanaşmada fərqli mövqenin olacağını deməyə əsas verir.
“Hazırda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın problemlə bağlı bəzən aqressiv, bəzən ziddiyyətli, bəzən də anlaşılmaz görünən bəyanatları sadəcə zahiri görüntü təəssüratı yaradır. Düşünürəm ki, bununla Paşinyan sadəcə vaxt qazanmaq, vəziyyəti öyrənmək, yerli auditoriyanı sakitləşdirmək və onun üçün əsas məqsəd olan hakimiyyətini möhkəmlətmək niyyəti güdür. Son hadisələr göstərir ki, Paşinyanın münaqişə və danışıqlarla bağlı ilk açıqlamaları ucuz populizmdən başqa bir şey deyil”.
Politoloq bildirib ki, hakimiyyətə gəlişinin ilk günlərində Azərbaycanla danışıqlardan, ümumiyyətlə, imtina etmək, qondarma rejimi masaya oturtmaq istəyən Paşinyan bu bəyanatlardan cəmi iki ay sonra Azərbaycan Prezidenti ilə Düşənbədə qısamüddətli də olsa görüşdü və ciddi qərarlar alındı.
“Dünən Ermənistan Kütləvi İnformasiya Vasitələrinə açıqlamasında
Paşinyan vurğulayıb ki, Düşənbə razılaşmasına uyğun olaraq onunla
Azərbaycan Prezidenti arasında operativ əlaqə qurulub.
“Razılaşdığımız kimi, Azərbaycan tərəfi ilə etibarlı operativ əlaqə
qurulub. Deyə bilərik ki, istənilən informasiya yarım saatdan sonra
Azərbaycan Prezidentinə çatır. Təbii ki, onlar informasiyanı
verəcəklərsə, mən də verəcəm”, -deyə, Paşinyan bildirib. Bundan
başqa, hər iki ölkənin xarici işlər nazirləri arasında ATƏT-in
Minsk qrupunun vasitəçiliyi ilə iki görüş keçirilib.
Əlbəttə, bütün bunlara Ermənistanda dekabrın 10-a təyin edilən
seçkilərdən sonra daha dəqiq qiymət vermək mümkün olacaq. Lakin
Paşinyanın siyasi oriyentasiyası da belə bir fikri təsdiqləyir ki,
seçkilərdən sonra problemin həlli istiqamətində dəyişikliklər
gözləniləndir. Ən azı ona görə ki, Paşinyan münaqişənin həllinə
loyal münasibəti ilə tarixə düşən keçmiş prezident Levon
Ter-Petrosyanın siyasi təsir dairəsində olan şəxslərdən hesab
edilir. Digər tərəfdən, bu gün Paşinyanın ABŞ və digər Qərb
mərkəzlərinin dəstəyi ilə hakimiyyətə gəldiyi heç kimə sirr deyil.
Məlumdur ki, Qərb xüsusən son illərdə açıq şəkildə Ermənistandan
Azərbaycanla münasibətləri normallaşdırmağı tələb edir.
Normallaşmanın başlanğıcı isə Ermənistanın öz hərbi qüvvələrini
işğal etdiyi Azərbaycan əraizlərindən çəkməsi ilə başlayır”.
Politoloq bildirib ki, ABŞ-ın Ermənistanda səlahiyyətləri başa çatan səfiri Riçard Millsin son açıqlamaları da yuxarıdakı fikirləri təsdiq edir.
“Mills açıq şəkildə bildirib ki, Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır, münaqişənin həlli bundan başlayır. Fikrimcə, seçkilərdə Paşinyanın komandasının qalib gəlməsindən sonra da Ermənistanda vəziyyət gərgin olaraq qalacaq. Çünki güc strukturlarında hələ də Köçəryan və Sərkisyan komandasının sadiq əlaltıları kifayət qədərdir və onlar qarışıqlıq yaratmaq üçün cəbhə bölgəsində təxribatlar törədib müharibənin başlamasına şərait yarada bilərlər. Ermənistanda da yaxşı bilirlər ki, müharibənin başlaması işğalçı ölkənin mütləq məğlubiyyəti deməkdir”.
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin212:05
Seda Sayan əri ilə Dubaya köçür - Türkiyədəki villasını satışa çıxardı
-
MDB11:22
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
-
Hadisə10:48
Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi