Elmar Məmmədyarov Qrimoldi ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov Qrimoldi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Milana səfəri çərçivəsində İtaliyanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin sədri Paolo Qrimoldi ilə görüşüb.

XİN-dən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, iki ölkə arasında parlamentlərarası əlaqələr və ATƏT PA çərçivəsində əməkdaşlıq mövzuları müzakirə edilib.

Tərəflər Azərbaycanın bölgədə rolu, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr, xüsusilə də "Cənubi Qaz Dəhlizi" layihəsi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm