Əflatun Amaşov: "Hər bir uşağı məktəbdə..."
Bizi izləyin

Nida Xəbər

Əflatun Amaşov: "Hər bir uşağı məktəbdə..."

Bu gün Azərbaycanda informasiyalar əsasən sosial şəbəkədə yayılır. Azərbaycanda sosial şəbəkələrdə insanların dini fikirlərini azad şəkildə ifadə etməsi üçün tolerant mühit var.

Publika.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Dini qurumlar və sosial media" adlı tədbirdə çıxışı zamanı deyib.

Ölkədə dini icmaların təhlükəsindən danışan Ə.Amaşov bu məsələdə görülməli olan qabaqlayıcı tədbirlərdən danışıb: "Tədbirdə bildirildi ki dini icmaların sayı 900-dən çoxdur, onların 32-si qeyri-islam dininə mənsub olanlardır. Bizim indiki tolerant həyatımız üçün başqa dinlərdə yaranan dini icmalar deyil. Təhlükəsizliyimizə əsas təhlükə islam adı ilə yaradılan dini icmalardan gəlir. Bu gün Azərbayacanın iqtisadi inkişafı bir çoxlarının xoşuna gəlmir. Buna qarşı qarayaxma kampaniyları aparırlar.

Bəzi qrup islam dini qrupları vasitəsilə Azərbaycanı geriyə aparmağa çalışırlar. Bu qrupların kitablarının ölkəmizə daxil olmaması üçün Dini Komitə yetərincə ciddi addımlar atır. Azərbaycan jurnalistikası da dövlətçilik mövqeyində dayanır. Bunu biz Nardaran, Əbu Bəkir məscidi ilə bağlı məsələdə müşahidə etdik. Bununla yanaşı xaricdə yaşayan azərbaycanlılar sosial şəbəkədə yanlış məlumat yaymaqla pozuculuq yaratmaq istəyirlər. Məqsədləri sosial şəbəkə vasitəsilə saylarını artırmaqdır. Dünyanın bir çox ölkələri bu problemdən əziyyət çəkir. Mətbuat Şurası olaraq biz də bu mövzu ilə bağlı qanun üzərində işləyirik. Bu məsələlərin tənzimlənməsi məktəbdən başlanmalıdır. Məktəbdə savadlı, milləti sevən vətəndaş yetişdirsək, gələcəkdə bu problemlərin sayı azalır. Baş verən hadisələrin qarşısını almaq üçün qanunvericilik bazasını təkmilləşdirməliyik".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm