Şəhid ailələri qəti narahat olmasın, çünki Prezident... - Millət vəkili
Bizi izləyin

Nida Xəbər

Şəhid ailələri qəti narahat olmasın, çünki Prezident... - Millət vəkili

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən başlıca hədəfi Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsi, maraqlarının təmin olunmasıdır. Sosial təbəqəyə - Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, məcburi köçkünlərə olan qayğı Prezidentin sosial siyasətinin əsas prioritetidir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili İlham Əliyevin bu il prezident seçiləndən sonra ilk fərmanlarından birinin Qarabağ döyüşlərində şəhid olan, itkin düşən şəxslərin vərəsələrinə birdəfəlik müavinətlərin ödənilməsi ilə bağlı olmasına toxunub. Onun sözlərinə görə, sözügedən addım Prezidentin bu ailələrə mənəvi diqqətlə yanaşdığını göstərir:

“Həmin birdəfəlik yardımın ödənilməsi maddi yox, mənəvi dəstəyin göstərircisidir. 10 minə yaxın vərəsəyə ödəniləcək birdəfəlik 11 min manat vəsait üçün 2018-ci il dövlət büdcəsindən 50 milyon, gələn ilin büdcəsindən 58 milyon vəsait nəzərdə tutulub. Bu il ərzində üç minə qədər vətəndaş bu vəsaiti alıb. Bir neçə gün əvvəl cənab prezident çıxışında yenidən bu məsələdən danışdı. Məsələnin ədalətlə həll edilməli olduğunu bir daha vurğuladı. Bu, o deməkdir ki, kimin haqqı varsa, adı mütləq o siyahıda olacaq. Bu gün övladının, özünün adını həmin siyahıda görməyənlər narahat olmasın. Çünki cənab Prezident bu məsələnin ədalətlə həll edilməsi üçün öz tapşırıqlarını verib. Bütün vərəsələrə ayrılan vəsait verilənə qədər proses davam edəcək. Burada yaddan çıxan, unudulan heç kim olmayacaq. Çünki əlaqədar qurumlara tapşırıq verilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti strukturları, rəhbər şəxsləri bu işlə məşğul olur. Çünki bu məsələdə həm Prezidentin tapşırığı var, həm də mənəvi məsələdir”.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi prosesi davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm