Paşinyan hakimiyyətdən getməsə, bu il Qarabağ... - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Paşinyan hakimiyyətdən getməsə, bu il Qarabağ... - ŞƏRH

Paşinyan hakimiyyətdə duruş gətirə bilsə, 2019-cu ildə Qarabağ danışıqları bir nəticə verə bilər.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, bu gün Ermənistanın problemli vəziyyəti, dünya bazarlarından məhrum olması və kommunikasiyaların fəaliyyətsiz qalmasının bir nömrəli səbəbi Qarabağ məsələsinin asılı vəziyyətdə qalmasıdır:

“Paşinyan bunu anlasa da, heç nə edə bilmir. Çünki Ermənistanın daxilində ona qarşı böyük reaksiya var. Ona görə də Nikol Qarabağ problemində kompomisə gedə bilmir. Ancaq hesab edirəm ki, Paşinyan hakimiyyətdə duruş gətirə bilsə, 2019-cu ildə Qarabağ danışıqları bir nəticə verə bilər. Nikol başa düşür ki, işğaldan əl çəkməsə, Ermənistanda heç bir irəliləyiş baş verməyəcək. Ola bislin ki, işğal tərəfdarları ona bu istiqamətdə təzyiq göstərsinlər. Ancaq bu basqılar sona qədər davam edə bilməz, çünki Qarabağ probleminin həllinin gecikməsi Ermənistan üçün çox təhlükəli tendensiyaya çevrilir. Bütün müharibələrin sonunda danışıqlar və güzəştlər durur. Bu güzəştlər isə həmişə qarşılıqlı olur. Azərbaycan Ermənistana çox güzəştə gedib. İndi isə növbə İrəvanındır”.

T.Abbasov qeyd edib ki, Azərbaycan Qarabağ problemini öz imkanları ilə də həll edə bilər:

“Ancaq Azərbaycan dünya birliyi qarşısında danışıqlar prosesini sona qədər aparacağına və nəticə əldə olunana qədər bu formatı davam etdirəcəyinə dair öhdəlik götürüb. Buna baxmayaraq, vəziyyət hər an dəyişə bilər. Siyasətdə hər zaman gözlənilməz dəyişikliklər baş verir. Ermənistan Azərbaycan kimi güclü bir dövlətlə siyasi müstəvidə oyunlar apara bilməz. Buna ilk növbədə Ermənistanın iqtisadi və hərbi gücü çatmaz. Ona görə Ermənistan baxışlarına və dəyişməyən mövqeyinə görə çox böyük bədəl ödəməli olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm