
Bu günlərdə Dubayda keçirilən illik festivalda
Azərbaycan pavilyonu Ermənistan tərəfindən işğal altında olan
Dağlıq Qarabağda yerləşən “Biz və bizim dağlar” abidəsi formasında
verilib.
Publika.az xəbər verir ki, bu addım ermənilərdə böyük
qəzəb yaradıb. Ermənilər abidənin erməni abidəsi olduğunu iddia
edirlər.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bu Azərbaycana
məxsus abidədir: “Bu abidənin məhz Azərbaycan abidəsi olması barədə
mən 16 fevral 2010-cu ildə day.az sayıtında rus dilində gedən
“Город Ханкенди - жемчужина Азербайджана” (“Xankəndi şəhəri -
Azərbaycanın mirvarisidir” məqaləsində yazmışdım:
“1967-ci ildə Xankəndi yaxınlığında, Əskəran rayonu ərazisində
heykəltəraş Sarkis Baqdasaryanın “Biz və bizim dağlar” monumental
abidəsinin açılışı oldu. Abidə qısa zamanda həm yerli əhali, həm də
Azərbaycan cəmiyyəti tərəfindən sevildi və hal-hazırda Azərbaycan
mədəni irsinin ayrılmaz hissəsi sayılır. Abidənin erməni əsilli
heykəltəraş tərəfindən yaradılması onu avtomatik olaraq
Ermənistanın mədəni sərvəti etmir. Abidə Azərbaycan Respublikasının
büdcəsi hesabına, Azərbaycan ərazisində yaradılıb, ona görə də
Azərbaycan mədəni sərvəti sayılır. İstənilən mədəniyyət abidəsi
ərazisində yaradıldığı ölkənin sərvəti hesab edilir və bu prinsip
bütün dünyada qəbul edilib və mübahisə doğurmur”.
Asif