XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin görüşü başa çatdı - YENİLƏNİB
Bizi izləyin

Nida Xəbər

XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin görüşü başa çatdı - YENİLƏNİB

Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin Moskva görüşü başa çatıb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrovun görüşü və həmsədrlərin iştirakı ilə davam etdirilən danışıqların yekunları ilə bağlı birgə bəyanat yayacağı gözlənilir.

***

Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov ilə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Andrü Şafer (ABŞ) arasında görüş keçirilir.

ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunur. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm