Nida Xəbər
Paşinyan oğlunu Azərbaycandan niyə apardı? - Polkovnikdən ŞOK İDDİA
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissədən - Qarabağdan çıxararaq Ermənistandakı hərbi hissələrdən birinə aparması onu göstərir ki, onun Qarabağ klanı ilə çox ciddi problemləri var.
Publika.az xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərtac-a açıqlamasında deyib.
Ş.Ramaldanov bildirib ki, N.Paşinyan ucuz populizim xatirinə oğlunu Dağlıq Qarabağda xidmət etməyə göndərdi. İndi isə Qarabağ klanı, xüsusilə Köçəryan tərəfdarları ilə çox ciddi problemləri olduğu üçün oğlunu təhlükəsiz yerə Ermənistandakı hərbi hissələrdən birinə köçürüb. Digər səbəb isə Ermənistan cəmiyyətində Azərbaycanın artıq savaşa başlamağa hazır olduğundan doğan təşviş və narahatlıqdır. Ona görə Azərbaycan Ordusunun təlimlərindən öncə oğlunu təhlükəsiz yerə çıxarıb. Bu isə erməni rəhbərlərin bütün məsələlərə münasibətlərinin səmimi olmadığını, sadəcə populizmlə məşğul olmalarını, hətta maraqları xatirinə övladlarını, ailəsindən belə istifadə etmələrini göstərir. Real vəziyyət budur.

“Düşünürəm ki, N.Paşinyan Qarabağ klanı ilə aralarında olan soyuqluğu müəyyən qədər bəhanə edərək oğlunu Ermənistana gətirib. Bu, bir daha Ermənistanın Azərbaycan Silahlı Qüvvələrindən qorxduğunu göstərir. O, Azərbaycanın atacağı addımlardan çəkinərək məhz bu formada öz oğlunu təhlükəsiz əraziyə çıxarıb”, - deyə Ş.Ramaldanov qeyd edib.
Qeyd edək ki, Nikol Paşinyanın oğlu Aşotun xidməti yeri dəyişdirilib. Bu barədə məlumat sosial şəbəkələrdəki erməni səhifələrində yayılıb. Məlumata görə, Aşot Paşinyan Qarabağdan İrəvandakı Nubaraşen rayonunda olan hərbi hissəyə yerləşdirilib.
-
Dünya21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir






























.jpg)

