Nida Xəbər
"MİQ 29"un tapılması üçün Türkiyə və Rusiyadan kömək istənilməlidir"
Bir neçə gün öncə Xəzər dənizinə düşmüş "MİQ 29" qırıcısının axtarışları hələ də davam edir. Hər gün müdafiə naziri Zakir Həsənov şəxsən qəza ilə bağlı yaradılmış qərargaha baş çəkir və təyyarənin tapılması istiqamətində göreülən işlərə nəzarət edir. Amma artıq 5 gündür ki, axtarışlar heç bir nəticə vermir.
Publika.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev moderator.az-a açıqlamasında təcili olaraq Rusiya və Türkiyədən kömək istənilməli olduğunu deyib:
"Artıq bir neçə gündür ki, cəmiyyət intizarla nə baş verdiyini və qırıcının bir an öncə yerinin tapılaraq qəzanın baş vermə səbəblərinin üzə çıxarılmasını gözləyir. Hesab edirəm ki, təcili olaraq Rusiya və Türkiyə kimi bu cür hallarda çoxillik təcrübələrə malik ölkələrdən kömək istənilməlidir. Bu həm mütəxəssis, həm də texniki vasitələrdən ibarət ola bilər. Burada hər hansı məna axtarmağa da dəyməz və çəkinmədən bütün dünyada qəbul olunmuş bu ənənədən istifadə edilməlidir. Əsas məsələ problemin tezliklə çözülməsidir".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR