Nida Xəbər
Sərhəd məsələləri üzrə növbəti iclas Gürcüstanda keçiriləcək
Gürcüstan və Azərbaycan birgə komissiyasının ekspertlər qrupu dövlət sərhədinin razılaşdırılmamış sahələri üzrə birgə işi davam etdirirlər.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 20-də Vaxtanqisi kəndi və Keşikçi Dağı Məbəd-Kompleksi yaxınlığındakı sahələrə baxış keçirilib.
Ekspertlər komissiyanın həmin sahələr üzrə mövqelərini müzakirə ediblər. Gürcü ekspertlərdən ibarət qrup Azərbaycan tərəfinə sərhədin keçilməsi ilə bağlı öz mövqeyini izah edib. İşlərin nəticələri baxılması üçün komissiyanın həmsədrlərinə təqdim olunacaq.
Analoji işlər yaxın günlərdə razılaşdırılmamış digər sahələrlə bağlı da aparılacaq. Ekspertlərin işinin ilk mərhələsinin avqustun 23-nə qədər davam etdiriləcəyi planlaşdırılıb. İkinci mərhələnin isə qısa müddət ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Ekspertlərin görüşlərindən sonra sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının sentyabrda Tbilisidə keçirilməsi planlaşdırılıb (Report).
-
Hadisə02:18Azərbaycan vətəndaşları da həlak oldu: Hücuma məruz qalan Türkiyə gəmisindən görüntülər - Video
-
Region02:00Türkiyədə sərnişin təyyarəsində bomba tapıldı? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Yanlış addım atmamaq üçün diqqətli olun!
-
İdman5 Oktyabr 22:18Messidən sonra Argentinanın 10 nömrəsi kim olacaq? - Namizədlər açıqlandı
-
Kriminal5 Oktyabr 20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman5 Oktyabr 19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az5 Oktyabr 19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin15 Oktyabr 19:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya



















.jpg)















.jpg)
