Nida Xəbər
Azərbaycan və İordaniya arasında qarşılıqlı viza tələbi ləğv edildi
Bu gündən etibarən Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığının ümumvətəndaş pasportlarına malik vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Bildirilib ki, qərar vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədi daşıyır. Yeni qaydalara əsasən, hər iki ölkənin etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları qarşılıqlı olaraq digər ölkənin ərazisinə vizasız daxil ola, oradan çıxa və tranzit keçə, hər 180 günlük müddət ərzində isə 90 gündən artıq olmamaq şərtilə həmin ölkədə qala bilərlər.
Qeyd olunub ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Bundan əlavə, qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda əcnəbilər ölkədə müvəqqəti olma müddəti bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün "ASAN xidmət" mərkəzlərindəki "miqrasiya xidmətləri" pəncərəsi vasitəsilə fiziki, yaxud DMX-nin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsi vasitəsilə elektron qaydada müraciət etməlidirlər.
-
Magazin211:55Anasını və arvadını belə tanımır: Məşhur aktyorun yeni görüntüsü gündəm oldu - FOTO
-
İdman11:44Müsahibə zamanı huşunu itirdi - Video
-
Hadisə11:35Bu ərazilərdə qaz kəsildi
-
Ekologiya11:26Şahdağa qar yağdı - FAKTİKİ HAVA
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Sosial08:24Boşanmanın gizli səbəbi məlum oldu
-
ABŞ08:12Uşağın şərəfinə təşkil edilən şənlikdə faciə: Üç ölü, bir yaralı
-
MDB08:00Tibb bacısının ayaqqabısına vərəm bakteriyaları olan bəlğəm tökdülər






.jpg)






























