Nida Xəbər
Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının iclası keçirilir
Sentyabrın 7-də Bakıda "Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi" mövzusunda konfrans, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası işə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycanın Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, bütövlükdə Asiya regionunda bu və ya digər xarakterli siyasi problemlərin müzakirə olunması nöqteyi-nəzərindən konfrans əhəmiyyətli platforma təşkil edir. Cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil. Asiya dünya iqtisadiyyatının inkişafına böyük töhfələr verir. Asiya həm də bir çox təzadlarla müşahidə olunan regiondur. Bir tərəfdən inkişaf prosesləri gedir, digər tərəfdən inkişafın geridə qaldığı hallar da narahatlıq yaradır. Bu da bütövlükdə Asiya regionunun rəngarəng palitraya sahib olduğunu göstərir. Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, qitənin gələcək inkişafı ilə bağlı layihələrin hazırlanmasında konfransın üzərinə böyük iş düşür. Xüsusilə də gənclər və qadınlar problemini ayrıca vurğulamağa ehtiyac var. Asiya ölkələri üçün xarakterik olan məsələlərdən biri də əhalinin dinamik artımı ilə bağlı gənclərin xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır. Bu da ICAPP-ın fəaliyyətində gənclərlə bağlı görülməli işlərin nə qədər əhəmiyyətli olduğundan xəbər verir.
Demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində ICAPP-ın böyük rolunun olması mümkündür. Sabitliyin, əmin-amanlığın, region üçün problemə çevrilən terrorizm kimi bəlaların aradan qaldırılması da ICAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdir. Əli Əhmədov əmin olduğunu bildirib ki, ICAPP bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində öz üzərinə düşən missiyasını lazımınca yerinə yetirə bilir.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan