Nida Xəbər
Azərbaycanla İran arasında məsləhətləşmələr keçirildi
Bu gün Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.
XİN-dən Publika.az-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, İran tərəfini isə Xarici İşlər Nazirliyinin Baş idarə rəisi, İran İslam Respublikasının Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Rza Nəzər Ahari təmsil edib.
Görüş zamanı tərəflər, ilk növbədə, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyinin təsis olunması ilə əlaqədar məsələni müzakirə edərək Konvensiyanın səmərəli tətbiqi baxımından onun Katibliyinin fəaliyyətə başlamasının zəruriliyini vurğulayıb və Konvensiya tərəflərinin qarşılıqlı anlaşma əsasında bu istiqamətdə tezliklə razılığa gəlməsinin vacibliyini qeyd ediblər.
Məsləhətləşmələr çərçivəsində həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının tarixi, eləcə də onun gündəliyinə daxil olan məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə habelə tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər mövzular da müzakirə olunub.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu