İran səfiri Vasim Məmmədəliyevin vəfatı münasibətilə başsağlığı verdi
Bizi izləyin

Nida Xəbər

İran səfiri Vasim Məmmədəliyevin vəfatı münasibətilə başsağlığı verdi

İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə akademik Vasim Məmmədəliyevin vəfatı münasibətilə başsağlığı verib.

Bu barədə Publika.az-a İran İslam Respublikasının Azərbaycandakı Səfirliyindən məlumat daxil olub.

Başsağlığında deyilir:

“Görkəmli akademik, fars və ərəb dilləri üzrə məşhur alim, tanınmış Quran araşdırmaçısı Ustad Vasim Məmmədəliyevin vəfatı bizi sarsıtdı. Bu itki münasibətilə Azərbaycan dövlətinə və xalqına, mərhumun ailəsinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm.

Bu böyük şəxsiyyətin sorağı Azərbaycan hüdudlarından çox-çox kənara çıxmışdı. O, yarım əsrdən çox elmi fəaliyyətini müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin tədqiqinə həsr etdi və onun Quranın azərbaycan dilinə tərcümə və təfsiri Azərbaycan xalqı üçün iftixarlı və əbədi əsərdir.

İran İslam Respublikası çox əziz bir dostunu itirmişdir və heç şübhəsiz bu böyük alimin vəfatı Azərbaycanın elmi, ədəbi və dini camiəsi üçün də sağalmaz yaradır. Allah onun ruhunu Öz rəhmətinə qovuşdursun və axirət dünyasında ona mənəvi dərəcələr bəxş etsin!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm