Müsavatda DEPUTATLIQ DAVASI başlayır: Yadigar Sadıqlı seçkiyə təkbaşına gedir
Bizi izləyin

Nida Xəbər

Müsavatda DEPUTATLIQ DAVASI başlayır: Yadigar Sadıqlı seçkiyə təkbaşına gedir

Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Yadigar Sadıqlı deputatlığa namizədliyini irəli sürüb.

Publika.az
xəbər verir ki, bu barədə Y.Sadıqlı Feysbuk səhifəsində yazıb.

Y.Sadıqlının seçkidə müstəqil şəkildə iştirak edəcək.

“Müsavat Partiyasının indiki rəhbərliyinin mənim namizədliyimi dəstəkləməyəcəyini bilirdim. Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim. Amma boş yerə vaxt itirməmək üçün hələ dekabrın 12-də 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək, öz təşəbbüsümlə müstəqil şəkildə deputatlığa namizədliyimi irəli sürmüşəm. Amma bunu heç kəsə bildirməmişdim ki, günah mənim üzərimdə qalmasın. “Biz irəli sürəcəkdik, amma özü sürdü” deməsinlər”, - o qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm