Azərbaycanlı əsirlərin dəyişdirilməsi ilə bağlı Rusiyadan MÜHÜM AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlı əsirlərin dəyişdirilməsi ilə bağlı Rusiyadan MÜHÜM AÇIQLAMA

Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi məsələsi daim danışıqların gündəliyindədir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, bu mövzu aprel ayında Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşündə müzakirə olunub:

“Görüşdə, həmçinin ATƏT Minsk qrupunun həmsədrləri iştirak edib. Görüş zamanı tərəflər bir-birilərinin ərazisində saxlanan şəxslərə onların yanına yaxınlarının buraxılması ilə bağlı qarşılıqlı əsasda tədbirlərin görülməsi ilə əlaqədar razılığa həlib. Bildiyiniz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımı ilə Azərbaycan vətəndaşı və Ermənistan vətəndaşı öz vətənlərinə qayıdıb. Biz bu fövqəladə vacib addımı alqışlayırıq və bunu saxlanan şəxslərin vəziyyətlərinin yaxşılaşdırılması qismində ilk addım kimi qiymətləndiririk. Deyə bilərəm ki, digər saxlananlarla bağlı iş aparılır. Əgər razılıq əldə olunsa, biz, əlbəttə ki, bunu dəstəkləyəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm