Vüqar Bayramov Böyük Bəhmənli kəndində sakinlərlə görüşdü- FOTO
Bizi izləyin

Nida Xəbər

Vüqar Bayramov Böyük Bəhmənli kəndində sakinlərlə görüşdü- FOTO

84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov yanvarın 23-də Böyük Bəhmənli kəndində sakinlərlə görüş keçirib.

Publika.az xəbər verir ki, Vüqar Bayramov deputatlığa namizədliyini verməkdə məqsədinin yeni status əldə etmək deyil, insanların çətinliklərini dilə gətirmək, onların həllinə yardım etmək olduğunu bilidirib:

“Seçki platformamın əsasını seçicilərin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı təkliflər təşkil edir. Mən sizi seçkilərdə aktiv olmağa və səsinizi seçildikdən sonra yanınızda olacaq şəxsə səs verməyə səsləyirəm.”

Böyük Bəhmənli kəndinin ziyalıları və ağsaqqalları kənd camaatının təklif və rəylərini deputatlığa namizədin diqqətinə çatdırıblar. Onlar Vüqar Bayramovun bir millət vəkili kimi Füzuli rayonunu layiqincə təmsil edəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdən sonra Vüqar Bayramov görüş iştirakçıları ilə birgə Böyük Bəhmənli şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və xatirə şəkli çəkdirib.

Qeyd edək ki, görüşdə 300-ə yaxın kənd sakini iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm