DTX-nin bu gün otağında yaxaladığı icra başçısının HƏYAT YOLU - DOSYE
Bizi izləyin

Nida Xəbər

DTX-nin bu gün otağında yaxaladığı icra başçısının HƏYAT YOLU - DOSYE

DTX-nin bu gün saxladığı iddia edilən İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 8 ildən çoxdur bu vəzifəni icra edir.

Publika.az xəbər verir ki, 1957-ci ildə Göygöl rayonunda anadan olan Vilyam Hacıyev müxtəlif vəzifələrdə çalışıb.

O, 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

– 1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışmışdır.

– 23 fevral 1999-cu il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri;

– 02 aprel 2002-ci il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini;

– 26 mart 2004-cü il tarixdən Göygöl (keçmiş Xanlar) rayon İcra hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.

– 07 fevral 2006-cı ildən Samux rayon İcra Hakimiyyətinin başçısı;

– 14 aprel 2012- il tarixdən İmişli rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm