Nida Xəbər
Azərbaycanda küçəyə çıxma qadağası bu şəhərlərdə tətbiq ediləcək
Nazirlər Kabineti yanında Operativ Qərargaha karantin rejimi qaydalarının sərtləşdirilməsi barədə müraciət etdik.
Publika.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib: "Yoluxmaların 200-dən artıq olması, bizə bu müraciəti etmək üçün məcburiyyət yaratdı. Bu səbəbdən həftənin cümə günü axşamdan, bazar ertəsindək küçəyə çıxma qadağası tətbiq olunacaq. Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran şəhərlərində bu qaydalar tətbiq olunacaq".
O bildirib ki, bayram günlərində də küçəyə çıxma qadağası tətbiq oluna bilər: "Təklifimiz Operativ Qərargah tərəfindən qəbul edilib. Beynəlxalq təcrübədə də bu qadağa tətbiq olunmaqdadır. Biz bayram günlərində arxayınlaşaraq qaydalara əməl etmədiyimiz üçün yoluxmalar artmaqda davam etdi. Beynəlxalq təcrübəyə əsaslanaraq bu təkliflə müraciət etdik. Digər ölkələrdə aparılan analizlər əsasında bu qadağanın effektiv olduğu sübut olunub".
R.Bayramlı əlavə edib ki, detallar barədə sabah ictimaiyyətə məlumat veriləcək.
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO