Nida Xəbər
Qərbi Azərbaycan Respublikası təşkilatlanır
İyunun 3-də Sədarətinin Qafar Çaxmaqlının sədrliyi ilə növbəti videokonfransı olub.
Publika.az xəbər verir ki, ötən konfransda qəbul edilən qərarların icrası barədə məlumat verilib. Millət Şurası nəzdində fəaliyyətə başlayacaq Katibliyin əsasnaməsi və fəaliyyət mexanizminin hazırlanması və gələcək konfransda müzakirə edilməsi qərara alınıb. Millət Şurasının nəzdində yaradılmış Qərbi Azərbaycan Tarixinin Araşdırılması Mərkəzinin rəhbər Ramazan Hüseynli təsdiq edilib və görüləcək işlər barədə onun mülahizələri dinlənilib.
Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistana verilməsi ilə bağlı geniş bir konfransın keçirilməsi üçün işçi qrup seçilib.
Həmçinin təşkilati məsələlərə baxılıb. Nigar Ögeday QA(İ)R Millət Şurası sədrinin müavini, İradə Rzazadənin QA(İ)R Qadınlar Şurasının sədri təsdiq edilib. Mürvət Yusifovun MŞ sədrinin müavini seçilməsi ilə bağlı Nigar Ögedayın təklifinə baxılıb və M. Yusifov sədr müavini seçilib.
Aslan Azadəliyevin sədri olduğu 11 nəfərdən ibarət nəzarət, təftiş və daxili etik davranış komissiyası da təsdiq edilib.
Millət Şurasının tərkibində digər komissiyaların yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb. Beynəlxalq əlaqələr və xarici siyasət, Dövlət quruculuğu və hüquq işləri, ideologiya və siyasət, Parlament seşkilərinə hazırlıq, Qərbi Azərbaycan (İrəvan) Respublikasının dövlət atributlarının hazırlanması, Qaçqınların siyahıya alınması və təşkilatlanma, İctimaiyyətlə əlaqələr, Xarici əlaqələr və diaspora ilə iş, Sayt, TV, təbliğat və təşviqat məsələləri, Türk dövlətləri və topluluqları ilə iş, Mətbuat, informasıya və sosial media ilə əlaqələr komissiyalarının yaradılması ilə bağlı verilən təkliflərin növbət konfransda müzakirə edilməsi qərarlaşdırılıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)

.jpg)

























