Nida Xəbər
Tarixi ədaləti bərpa etmək lazımdır - POLİTOLOQ
“Onların saxta siyasətinə qarşı mütəmadi, effektli siyasət aparmalıyıq”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə ölkə başçısının Tərtər Olimpiya İdman Kompleksinin açılışında etdiyi çıxışı təhlil edərkən deyib.
Politoloq bildirib ki, Ermənistan təxminən 30 ildən çoxdur ki, Azərbaycan xəritələrini dərc edərkən adları dəyişərək öz versiyaları ilə təqdim edir:
“Keçən il Ermənistanın müdafiə naziri belə çıxış etmişdi ki, yeni müharibə başlasa, yeni torpaqlar üzərində baş verməlidir. Onlar elə düşünürlər ki, guya öz torpaqlarıdır və geri alırlar. Əlbəttə ki, bu siyasətə qarşı effektli və təsirli siyasət aparmaq lazımdır.
Çar Rusiyasının xəritələrində və bütün statistik məlumatlarında ermənilər əhalinin sayını dəqiqləşdirəndə, məntəqələri öz adları ilə yazırdılar. Ermənistanın şəhərləri, qəsəbələri, toponimləri, dağları, çayları, gölləri və s. hamısı Azərbaycanın adlarını daşıyırdı. Sonradan adları dəyişdirdilər. Tarixi ədaləti bərpa etmək lazımdır. Ermənilər tarixi saxtalaşdıraraq bunu reallaşdırıblar. Bu faktlara yalnız onların mənbələrində rast gəlmək olar. Biz Ermənistandan fərqli olaraq onların indiki ərazisinə göz dikməmişik. Azərbaycanlılar necə ki, zorakılıqla o ərazilərdən qovulub, eləcə də qayıtmalıdırlar. Bilmirəm nə formada, hansı versiyada, ancaq qayıtmalıyıq. Bu, bizim strateji hədəfimiz olmalıdır”.
Məhərrəm Əliyev
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı








.jpg)


























.jpg)
