Nida Xəbər
“ASAN xidmət” korrupsiyaya qarşı mübarizədə dövlətin ən ciddi layihəsidir - ŞƏRH
“Prezident İlham Əliyevin Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında söylədiyi fikirlər və Tərtər Olimpiya İdman Kompleksinin açılışında etdiyi çıxış çox vacib və aktualdır. Biz orada olan çağırış və mesajları dərk etməliyik. “ASAN xidmət” dövlət səviyyəsində Azərbaycan Respublikasının brendi kimi ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə yaradılmış bir xidmətdir və dövlətin korrupsiyaya qarşı mübarizədə ortaya qoyduğu ən ciddi layihədir”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib. O bildirib ki, “ASAN xidmət” ən uğurlu layihədir və 8 il ərzində korrupsiyaya qaşı mübarizənin ən yüksək zirvəsini nümayiş etdirib:
“Bu illər ərzində narazılıq və korrupsiya halı olmadı. Bu da bütün dünya ölkələrinə örnəkdir ki, Azərbaycan dövləti və xalqı korrupsiyaya qarşı mübarizədə öz mövqeyini ortaya qoya bilir və buna nail oldu. “ASAN xidmət” mərkəzlərində buraya gələn hər bir vətəndaşa hörmət edilir, onların problemləri operativ qaydada, şəffaf şəkildə həll olunur. Biz də bu gün “ASAN xidmət”in əldə etdiyi nailiyyətləri “ASAN cəmiyyət”, “ASAN dövlət” və “ASAN düşüncə” formasında cəmiyyətə təqdim etməliyik. Ən qısa müddətdə insanlarımızda, xüsusilə də məmurlarımızda “ASAN düşüncə” hakim kəsilməlidir. Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanda korrupsiyanın kökünü kəsməliyik. Əlbəttə ki, bu baxımdan QHT və vətəndaş cəmiyyəti sistemin cəmiyyətdə genişləndirilməsində maraqlıdır. Əhalinin böyük bir hissəsində təmizlik, dürüstlük, korrupsiyaya qarşı mübarizə ruhu var. Ziyalılar illərdir buna qarşı mübarizə aparırlar. Öz vəzifəsini təmizliklə davam etdirənlər çoxdur. Amma təəssüflər olsun ki, bəzi məmurlar bu şəffaflığı və təmizliyi qəbul etmirlər. Onlar yalnız bu və ya digər imkanlar əllərinə düşən kimi qanunsuz əməllər nümayiş etdirirlər”.
R.Zeyni qeyd edib ki, cəmiyyətdə ilk olaraq düşüncə dəyişməlidir: “Düşüncə dəyişərsə, inkişaf etmiş dövlətlərdə olduğu kimi məmurların böyük əksəriyyəti öz vəzifələrini bu ideya ilə ləyaqətlə icra etsələr heç bir problem qalmayacaq. Ona görə də ölkə başçısı tərəfindən deyilən sözlər və edilən çağırışlar, eyni zamanda “ASAN xidmət”in beynəlxalq aləmdə bu cür şöhrət qazanması, gələcəkdə bütün sahələrdə bu xidmətin standartlarına uyğun şərait yaratmağı və onu inkişaf etdirməyi bizim qarşımızda məqsəd qoyur. Biz də QHT olaraq bu sahədə maarifçilik hərəkatını aparırıq və əhalini bilgiləndiririk. Düşünürəm ki, “Könüllülər ili” çərçivəsində də bu işləri yüksək səviyyədə davam etdirməliyik. Bugünkü könüllülər sabahın rəhbərləridir. İlin sonuna qədər könüllülər hərəkatını tam genişləndirməliyik, həm də “ASAN düşüncə”nin qısa müddətdə cəmiyyətdə bərqərar olmasına nail olmalıyıq”.
Akqabay Mıradov
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır