Nida Xəbər
İrəvan qarışdı: xalq küçələrə axışdı - VİDEO
Ermənistanda xüsusi xidmət orqanları Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın evini mühasirəyə alıb.
Axar.az xəbər verir ki, Çiçəklənən Ermənistan Partiyasının ofislərində isə yoxlamalar başlayıb. Buna cavab olaraq çoxlu sayda insan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyasına başlayıb.
Erməni mediasının yaydığı məlumata görə, Çiçəklənən Ermənistan Partiyasının lideri Gagik Çarukyanın tərəfdarları olan etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Əraziyə polis qüvvələri yeridilib. Polis etirazçıların qarşısını kəsib və onları binaya daxil olmağa imkan vermir.
Etirazçılar “Çarukyan”, “Nikol, get”, “Çarukyan baş nazirdir” şüarları səsləndirirlər.
Polis KİV mənsublarına qarşı da təzyiqlər göstərir. Jurnalistlər aksiya iştirakçılarının toplaşdığı əraziyə buraxılmır.
Çiçəklənən Ermənistan Partiyasından olan deputatlara qarşı da eyni münasibət sərgilənir.
Çiçəklənən Ermənistan Partiyasından deputat Arman Abovyan bunun sırf siyasi təqib olduğunu bildirib. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti Çarukyanın evində axtarış aparır. Deputat deyib ki, onlarda olan məlumata görə, axtarış 2017-ci il seçkilərində Martunidən namizədliyini irəli sürmüş bir nəfərdə olan sənədlə bağlıdır.
-
Nida Xəbər 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...









.jpg)
.jpg)







.jpg)




.jpg)








.jpg)