Nida Xəbər
Xarici şirkətlər ölkəmizi ciddi və etibarlı tərəfdaş kimi qəbul edirlər – Rauf Zeyni
“Azərbaycan dövləti müstəqilliyini 30 ildir bərpa etməsinə baxmayaraq, qısa müddət ərzində, xüsusilə son 15 ildə ölkəmiz sürətlə inkişaf edir və dünya brendləri olan böyük transmilli şirkətlərin də diqqət mərkəzindədir. Onlar Azərbaycana sərmayə qoymağa, əməkdaşlıq etməyə maraqlıdırlar. Ötən gün “Microsoft” şirkətinin təşəbbüsü ilə ölkə başçısı İlham Əliyevlə şirkətin rəhbər şəxsləri və “Microsoft”un digər nümayəndələri arasında videokonfransın keçirilməsi bunun ən uğurlu nümunələrindən biridir”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib.
O qeyd edib ki, ölkəmizin dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlığı, yüksək texnologiyaların, innovasiyaların tətbiqi sahəsinə xüsusi diqqət ayrılması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir:
“Ölkəmizdə qlobal meqalayihələrin həyata keçirilməsi, nəhəng şirkətlərin regional ofislərinin açılması, turizmin və qeyri-neft sektorunun inkişafında istehsalat sahələrinin yaradılması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan xəbər verir. Dünyanın nüfuzlu şirkətləri Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərirlər. Xarici şirkətlər ölkəmizi ciddi və etibarlı tərəfdaş kimi qəbul edirlər, genişmiqyaslı əməkdaşlıq etməyə maraqlıdırlar. Ölkəmizin beynəlxalq uğurlarının ən uğurlu nümunəsi Heydər Əliyev tərəfindən əsası qoyulan “Əsrin müqaviləsi”dir. Bunun icrası ölkə başçısı İlham Əliyev tərəfindən uğurla yerinə yetirilib. Son illərdə Trans-Adriatik Boru Kəməri (TAP), Trans Anadolu Boru Kəməri (TANAP) və digər bu kimi meqalayihələr Azərbaycanın kosmik ölkəyə çevrilməsinin nümunəsidir.
Biz ölkə olaraq çox ciddi layihələrə imza atmışıq. Bütün xarici ölkələr, beynəlxalq təşkilatlar bunu görürlər və dəyərləndirirlər. Ölkəmizlə bundan sonra da biznes əməkdaşlığını genişləndirmək istəyirlər. Bu da həm Azərbaycanın iqtisadi, siyasi, həm də milli uğurudur. Çünki qısa müddət ərzində müstəqillik əldə etmiş ölkələrin uğurları ilə yanaşı özünəməxsus problemləri var. Ölkəmizin də yeganə böyük problemi torpaqlarımızın mənfur qonşumuz tərəfindən işğal altında saxlanmasıdır. Biz bunları müşahidə edirik və ölkəmizin beynəlxalq uğurlarına çox sevinirik. İnanırıq ki, Azərbaycan ildən-ilə dünyada daha yüksək səviyyədə etibar və etimad qazanaraq böyük biznes mühiti yaratmaqla, “Microsoft” kimi böyük korporasiyaların ölkədə fəaliyyətinin daha da genişləndirilməsinə nail olacaq. Bu da ölkəmizin çox böyük tarixi uğurlarıdır".
Akqabay Mıradov
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO






.jpg)
















.jpg)











