Nida Xəbər
Paşinyanın bu addımlarını nə xalq, nə də üzv olduğu cinayətkar aləm bağışlayacaq - Deputat
“Paşinyan koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətin kritik olduğunu anlayır və məhz buna görə də hakimiyyət orqanlarında dəyişikliklər etdi. Əslində Qarabağ klanının lokallaşmasından sonra növbə Ermənistanda nüfuz sahibi və əlində külli miqdarda maliyyə vəsaiti olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyana çatıb. Paşinyan onu ram etməklə maliyyə vəsaitini, ona mənsub olan obyektləri, daşınmaz əmlakı ələ keçirmək niyyətindədir”.
Bunu Publika.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.
O bildirib ki, Paşinyanın bu fikri çoxdan var idi. Sadəcə olaraq Sarkisyan və Köçəryanı lokallaşdırmaq lazım idi:
“Rusiyanın “xeyir-duası” ilə buna nail olub, Qarabağ separatçılarına istədiyi adamı yerləşdirdikdən sonra o elə düşündü ki, Tsarukyanı da bu yolla ram edə bilər. Buna görə onun qanunsuz bizneslə məşğul olmasını və bu kimi məsələləri qabartdılar. Tsarukyanın birbaşa havadarı olan Rusiya bu hadisələrə göz yummadı. Paşinyan Tsarukyana qarşı sərt addım atan kimi Rusiyanın hüquq-mühafizə orqanları İrəvandan Əfqanıstana uçan və 40 tonluq qaçaqmal siqaret yüklənmiş təyyarəni saxladı, qaçaqmalın Paşinyanın ailəsinə, yaxın adamlarına, hətta həyat yoldaşı Anna Akopyana, “Mənim addımım” Partiyasının funksionerlərinə aid olduğu ilə bağlı bəyanat yaydı. Bu isə təbii ki, siyasi partiyaların müxtəlif bəyanatlarına və ən başlıcası Paşinyanın istefasına çağırışla nəticələndi. Təbii ki, baş icraçı Tsarukyan və onun partiyası oldu. Öz növbəsində Ermənistan DTX-sı Tsarukyanı sorğuya çağırdı, onun tərəfdarları isə karantin rejimini pozaraq mitinqə çıxdılar və kütləvi həbslər başladı”.
Millət vəkilinin sözlərinə görə, Tsarukyana qarşı bir neçə maddə ilə (seçki saxtakarlığı, rüşvət) ittihamlar irəli sürülüb:
“Ermənistan polisi bir gündə Tsarukyanın 252 tərəfdarını inzibati qaydada saxladı, bəzilərinə 2 aylıq həbs tətbiq edildi. Tsarukyan bütün bunların Paşinyan tərəfindən edildiyini və siyasi repressiya olduğunu bildirdi. Paşinyan çalışır ki, Tsarukyanın deputat toxunulmazlığını parlamentdə ləğv etdirsin. Bunun əleyhinə olaraq daşnakların ofisində beş partiyanın yığıncağı keçirildi və gözlənildiyi kimi də bu tədbirə rəhbərliyi DTX-nın Paşinyan tərəfindən işdən azad edilən sədri Artur Vanesyan etdi. Hansı ki, birbaşa Rusiya ilə bağlı bir məmurdur. Bugünkü vəziyyətdə ən maraqlı məqam odur ki, artıq Paşinyanı liderə çevirmiş Ermənistan vətəndaşları başa düşüblər ki, onların hamısı öz maraqlarını güdən klanların əllərində oyuncağa çevriliblər. Müharibə, səfalət, iqtisadi tənəzzül burulğanında boğulan bir ölkənin adi vətəndaşları milyonlar sahibi olan qrupların onların başına nə oyunlar açdığını artıq dərk edir. Paşinyanın öz xalqına qarşı atdığı bu addımları isə nə xalq, nə də onun üzvü olduğu cinayətkar aləm bağışlayacaq”.
Akqabay Mıradov
-
İdman03:13
“Mançester Siti” unikal "uğura" İMZA ATDI
-
Sosial02:12
Gələn il ehtiyac meyarı artırılır - Kimlərə sosial yardım veriləcək?
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR