Nida Xəbər
“Operativ Qərargah kütləvi davranışların analizi üzrə qrup yaratmalıdır” – TƏKLİF
"Sosiologiyada bəzən mübahisələr doğuran, bəzən isə qəbul edilən bir terminologiya var: kollektiv qeyri-şüuri davranış. Mən bu anlayışı tamamilə qəbul edirəm və əminəm ki, bu çox dəqiq ifadədir. Amma bir fakt da ondan ibarətdir ki, kollektiv qeyri-şüuri davranış yalnız ekstremal şəraitdə baş verir. Bunun baş verməsi üçün, ilk növbədə, cəmiyyətdə xaos və bir ekstremal vəziyyət yaratmaq tələb olunur. Hazırda “azərbaycanafob” və “virtual diktatura” bu ilkin zəmini yaratmağa cəh edirlər. Bundan sonra, bir neçə sosial aktiv fərd üzərində qurulan oyun kollektiv şüuru blokadaya alır".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, onlar şüuraltı davranışları ilə manipulyasiya edilir və cəmiyyət öz davranışları üzərində nəzarəti itirən bir kütləyə çevrilir:
“Nəticədə isə, dediyimiz təzahürlər-kollektiv psixoz, kollektiv nevroz, kollektiv nifrət və kollektiv xaos baş verir. Eyni zamanda, şərti katalizator adlandıracağımız fərdlər vasitəsilə bu kollektiv qeyri-şüuri davranış idarə olunur, yönləndirilir, onlara “ideyalar” verilir. Nəticədə, toplum bu kollektiv qeyri-şüuri davranışın əsirinə çevrilir. Təbii ki, hərəkət qeyri-şüuri olduğu üçün, artıq bu prosesdə şüurlu mühakimə də iştirak etmir. Hadisələrin inkişafına şüurlu yanaşma arxa plana keçir və demək olar ki, unudulur. Bu zaman həmin aqressiya təkcə bir hədəfə deyil, bütövlükdə tarixi keçmişə, milli-mənəvi dəyərlərə, milli mentalitetə və cəmiyyətin qəbul etdiyi bütün normal münasibətlərə qarşı yönəlmiş olur. Bu isə toplumda əsrlər, boyu bərpa olunmayan fəsadlara gətirib çıxarır. Cəmiyyətin qeyri-sağlam münasibətlərə olan immunitetini öldürür. Bu immunitetin bərpası isə onilliklər tələb edir. Ona görə də, hər bir xalq kütləvi psixoza və kollektiv qeyri-şüuri davranış tələsinə düşmədən öncə, bu barədə mütləq düşünməlidir”.
Deputat qeyd edib ki, Hazırda koronovirus pandemiyası dünyada qlobal ekstrimal vəziyyət yaradıb və deməli kollektiv qeyri şüuri davranış üçün real sosial psixoloji zəmin var:
“Bu həm də həmin xalqın ziyalılarının və intellektual ictimai institutlarının davranışlarından da xeyli dərəcədə asılıdır. Ona görə də inkişaf etmiş, özünü və dəyərlərini dərk edən cəmiyyətlərdə kollektiv qeyri-şüuri davranışlar olmur. Bu sosio-psixoloji davranış isə qeyri şüuri və kütləvi olduğu üçün fərdin sosial davranışı zamanı sosial məsuliyyəti avtomatik olaraq əngəlləyir. Belə vəziyyətə cəmiyyətin ümumi maraqlarını təhlükə altına alan ekstremal hadisələrin yaranma ehtimalı artır. Hazırki mərhələdə ayrı ayrı güc mərkəzləri sosial şəbəkələrdən xüsusi informasiya aləti kimi istifadə etməklə kütləvi xaos və ixtişarlar törətməyə cəhd edirlər. Bu günlərdə Azərbaycanın koronovirusa qarşı mübarizədə əldə etdiyi uğurları heçə endirmək üçün paralel olaraq iki istiqamətdə milli maraqlarımıza qarşı hücumlar təşkil edilir. Bunlardan biri internet resurslarında xüsusi olaraq yaradılan “Virtual sosial liderlər”, yaxud “beşinci kolon” vasitəsilə digəri isə klassik və ənənəvi sosial aktorlar vasitəsilə - şərti olaraq sərhəd hadisələri timsalında həyata keçirilir. Ancaq, bu paralel hadisələr heç şübhəsiz ki, eyni mərkəzdən idarə olunur və bu mərkəzin adı antiazərbaycançı və islamafob mərkəzlərdir. Sərt sosial özünütəcridlə bağlı hadisələr daha çox sosial şəbəkələr vasitəsilə istismar edilir”.
Hikmət Babaoğlu əlavə edib ki, vətəndaşlarımızın ölkəyə gətirilməsi ilə bağlı yaradılan xüsusi mexanizm də klassik aktorlar tərəfindən istismar edilir. Nəticədə milli maraqlarımız çarpaz və hibrid hücuma məruz qalır:
“Ona görə də belə məsələlərdə ilk növbədə cəmiyyətimizin ictimai fəal institutları ciddi şəkildə maariflənmə və pozitiv yönləndirmə hərəkətləri etməli, ikincisi isə sosial şəbəkələrdəki virtual lliderlərə qarşı hüquq mühafizə orqanlarımız qəti tədbirlər görməlidirlər. Bunun üçün qanuni və hüquqi əsaslarımız kifayət qədərdir. Sadəcə kibercinəyatkarlığa qarşı mübarizə polislərimizi və digər təhlükəsizlik orqanlarında olan müvafiq qurumlarımızı daha da gücləndirməliyik. Eyni zamanda düşünürəm ki, Operativ Qərargah nəzdində sosial pisixologiya və kütləvi davranışların analizi üzrə ixtisaslaşmış mütəxəsislərdən ibarət xüsusi qrup yaradılmalı, ayrı ayrı faktlar analiz edilərək onların baş verməməsi üçün xüsusi rəylər hazırlanmalıdır ki, Operativ Qərargah qərarlar qəbul edərkən həmin analizin nəticələrinə uyğun olaraq xüsusi vacib sosio-psixoloji nüansları nəzərə alsınlar. Əslində, bizim milli mentalitetimizi formalaşdıran iki mühüh komponent - dini və milli ənənələrin hər ikisi, kütləvi qeyri –şüuri davranışı rədd edir. Bu isə daha effektiv tədbirlər almağımıza əlavə yardım göstərə bilər”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO