Hadisə
Azərbaycanda yaşayış binası çökdü - FOTOLAR/YENİLƏNDİ
Goranboyda uçan binada 10-a yaxın mənzil içərisindəki əşyalarla birlikdə tam sıradan çıxıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Goranboy rayonu Cəfər Cabarlı küçəsi 4 ünvanında yerləşən beş mərtəbəli, 60 mənzilli binadan təxliyyə olunan sakinlərin bu gün şəxsi əşyalarının çıxıarılnası üçün onların iştirakı ilə işlər aparılıb.
Sakinlərin binadan əşyalarının çıxarılması bu gün saat 18:00-dək davam edib. Bu səbəbdən axşam saatlarında anidən çökən binada insan təlafatı qeydə alınmayıb. Lakin əşyaların çıxarılması prosesi binanın çökmüş blokunda tam yekunlaşmadığı üçün 10-a yaxın mənzildə olan bütün əşyalar tamamilə sıradan çıxıb.
Hazırda hadisə yerində Fövqaladə Hallar Nazirliyi (FHN) və digər qurumların nümayəndələri tərəfindən işlər davam etdirilir.
***
Goranboy rayonun Çəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən beş mərtəbəli 60 mənzilli binanın bir hissəsi bu gün axşam saatlarında uçub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, buna səbəb bir neçə gün bundan öncə adıçəkilən binanın ikinci blokunda dayaq panelin sıradan çıxması olub.
Bina qəzalı vəziyyətdə olduğu üçün 60 mənzilin sakinləri öncədən təxliyə olunub. Bu səbəbdən qəza zamanı təlafat qeydə alınmayıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) və digər güc strukturları cəlb olunub.
-
Dünya22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür















.jpg)





















