İdman
Samir Abasov "Neftçi"dən bu qədər təzminat aldı
Ötən gün "Neftçi"nin baş məşqçi postundan qovulan Samir Abasovun aldığı təzminat məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu 47 yaşlı mütəxəssisin öz xoşu ilə istefa verməsini istəsə də, buna nail olmayıb. Abasov klubdan müddəti cari mövsümün sonu - 2026-cı ilin iyunun 30-adək olan müqaviləsində nəzərdə tutulan bütün məbləği istəyib. "Ağ-qaralar" onun bu istəyini təmin edib.
"Neftçi"də aylıq 25 min manat məvacib alan Samir Abasov çalışdığı noyabr ayının maaşını çıxmaq şərtli ilə iyuna qədər - qalan 7 aya görə 175 min manat təzminat alacaq. Noyabrın maaşı ilə azərbaycanlı mütəxəssisin klubdan alacağı məbləğ 200 min manatdır.
Qeyd edək ki, Samir Abasov 2024-cü ilin oktyabrın 14-də "Neftçi"yə qayıtmış və 2 illik müqaviləyə imza atmışdı. O, daha əvvəl 2020-ci ilin noyabrından 2022-ci ilin yayınadək paytaxt komandasını çalışdırıb. 2020/21 mövsümün "ağ-qaralar"la Azərbaycan çempionu olub.
Heybət
-
Dünya22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür













.jpg)






















