Sosial
Qonaq olduğu verilişin yarıda kəsilməsinə Almaxanımdan REAKSİYA - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Xəzər TV-də yayımlanan "İncə səhər" proqramı gözlənilmədən yarımçıq dayandırılıb.
Publika.az xəbər verir ki, sözügedən efirin qonaqları arasında müğənni Almaxanım Əhmədli də olub.
Xanəndə özü sosial şəbəkə hesabında məsələyə reaksiya verib. O, telekanalın həmin yayım barədə açıqlamasını izləyiciləri bölüşərək barəsində yayılan "Almaxanıma görə veriliş dayandırıldı" iddiasını qəbul etmədiyini bildirib.
Qeyd edək ki, Xəzər TV bu gün efirə gedən "İncə səhər" verilişinin yarımçıq dayandırılması ilə bağlı bunları açıqlamışdı:
"Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb. Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb. Fayl "playout" sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihazsəviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb".

-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür

















.jpg)
















